• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1076
— 11.07.2022 15:54

"Kəpəz" ilk yoxlama oyununda uduzdu

KepezTV Player

Kəpəz premyerliqaya hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Gəncəlilər Bakı Olimpiya stadionunun ehtiyat meydançasında Səbaillə üz-üzə gəliblər. Qarşılaşmada hesabı paytaxt kollektivi açıb. İlk yarının sonunda isə Kəpəzin heyətində Tural Axundov təyin olunan penaltini qola çevirərək tarazlığı bərpa edib. Fasilədən sonra oyuna tamamilə hakim olan Səbail iki dəfə rəqib qapısına yol taparaq görüşdən 3:1 hesablı qəbələylə ayrılıb. Kəpəzin növbəti yoldaşlıq qarşılaşmasında rəqibi iyulun 14-də Sumqayıt olacaq.