• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1282
— 11.07.2022 17:40

Yeni istifadəyə verilən hərbi hospitalın açılışı olub

KepezTV Player

Xocavənd rayonu ərazisində yeni hərbi hospital istifadəyə verilib. 250 çarpayılıq hospitalda qərargah, patoloji anatomiya, oksigen və transformator binaları tikilib, eləcə də su, ərzaq və əşya anbarları, əsgər yeməkxanası, hamam-camaşırxana-qazanxana kompleksi, avtopark, nəzarət buraxılış məntəqəsi inşa edilib. Müdafiə naziri Zakir Həsənov üçmərtəbəli müalicə diaqnostika korpusu, qan bankı, laboratoriyalar, müalicə palataları, əməliyyat otaqları, altı nəfərlik reanimasiya palatası, cərrahiyyə və əməliyyat blokları, tibbi ləvazimatlar anbarı, qəbul bölməsi, xəstələr üçün qida qəbulu zalları, aptek, stomatologiya, oftalmologiya, yuma-dezinfeksiya, LOR, terapiya, rentgen və kompüter tomoqrafiyası, endoskopiya, dermatologiya bölmə və kabinetləri ilə tanış olub. Hərbi hospitalda yaradılan şəraitlə tanış olduqdan sonra müdafiə naziri burada müalicə alan hərbi qulluqçular və tibbi personalla görüşüb, tibbi personal və onların ailə üzvləri üçün hazırlanan yaşayış binaları ilə tanış olub.