• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1843
— 09.07.2022 19:29

"Gimnastika hamı üçün" adlı tədbir reallaşıb

KepezTV Player

Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi "İdman hamı üçün" layihəsi çərçivəsində Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə "Gimnastika hamı üçün" tədbiri keçirilib. Gəncəçay park bulvar kompleksində baş tutan tədbirdə Gəncə uşaq evi və SOS uşaq kəndinin sakinləri müxtəlif musiqilərin sədaları altında isinmə, gimnastika və rəqs hərəkətləri ediblər. Əyləncəli idman tədbirinin təşkilində məqsəd kütlə arasında gimnastika idman növünün təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.