• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2084
— 09.07.2022 20:25

Qarpızı nə vaxt yemək olar?

KepezTV Player

İsti yay aylarının sərinləşdirici qidalarından olan qarpızı artıq indidən piştaxtalarda görmək mümkündür. Adətən iyul ayının sonu, avqustun əvvələrində yeməyə alışdığımız qarpızın indidən satışda olması alıcılarda onun keyfiyyəti və necə yetişməsi barədə şübhə yaradır. Bəs insanlar qarpız alarkən nələrə diqqət edirlər?  Mütəxəsislər nə məsləhət görürlər? Sıradakı materialda biləcəksiz.

İyul ayının əvvələrindən bazarlarda ən çox rast gəlinən bostan bitkilərindən biri də qarpızdır. Qarpız hamının xoşladığı məhsul olsa da, bəzən onun vaxtından öncə yeyilməsi fəsadlara yol açır. Xüsusilə körpələrə və yaşlı insanlara avqust ayında verilməsi tövsiyyə olunan bu məhsula bazarlarda təlabat necədir?

Mütəxəsislər isə hesab edirlər ki, vaxtsız yeyilən hər bir məhsul xüsusi gücləndirilmiş rejimlərdə yetişir və indi istifadə olunan qarpızlar heç vaxt normal qaydada yetişə bilməz. Məhsul ya  istixanalarda, ya da müəyyən sintetik-kimyəvi gübrələrin təsiri ilə əmələ gələ bilər.

Həkimlər də hər bir meyvə tərəvəzin öz vaxtında yeyilməsini, bu halda daha çox vitamin qəbul edildiyini deyirlər. Xüsusi pestisit və gübrə ilə yetişdirilən məhsulları qəbul edən zaman  həmin maddələrin meyvənin tərkibində toplanması xoşagəlməz hallara səbəb olur.

Azərbaycanda qarpız əsasən Sabirabad, Saatlı, Abşeron və digər rayonlarda becərilir. Sağlamlığımızı qorumaq istəyiriksə, qarpızı və digər məhsulları normal yetişən vaxda istifadə etməliyik. Qarpız ən tez 75-80, ən gec isə 100-200 günə yetişir.