• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2075
— 09.07.2022 20:18

Qurban bayramında qidalanma ilə bağlı diqqət ediləcək məqamlar

KepezTV Player

Qurban bayramı ilə əlaqədar Azərbaycanda 4 gün iş olmayacaq. Məlumdur ki, bu günlərdə bir-birindən ləzzətli təamlarla zəngin olan bayram süfrələri açılacaq. Ancaq bayramı sağlam və zövq alaraq keçirmək üçün qidalanmaya xüsusi diqqət göstərmək lazımdır. Səhiyyə Nazirliyi də Qurban bayramında əhaliyə qidalanma ilə bağlı tövsiyələr verib.

Ətin tərkibindəki yağların 96%-i, zülalların isə 95%-i yavaş-yavaş sorulur. Mədəyə düşmüş ət gec sorulduğundan bizim uzun zaman tox qalmamıza səbəb olur.Hər bir şeyin bir norması olduğu kimi aşırı miqdarda ət yeməyin də fəsadları var. Ətin tərkibində lif yoxdur, buna görə də çox ət yeyən insanlarda qəbizlik halları olur, həmçinin şəkərə və təzyiq xəstəliyinə tutulma riski çoxdur.

Qurban bayramında diqqət etməli olduğumuz məqamlardan biri də gün ərzində 1 dəfə ət yeyilməsidir. Bayramda çox ət qəbulu bəzi sağlamlıq problemlərinə səbəb olur. Əsasən, xroniki xəstəlikləri olan insanlar ehtiyatlı olmalıdır. Çünki ətlə qidalanarkən lazım olan həddi aşmaq həzm sisteminə də mənfi təsir edir. Ürək bulanma, mədə ağrısı kimi sağlıq problemləri bayramda sıx yaşanır.

Mütəxəsislər yay aylarında və bayram günlərində vətəndaşlara tərəvəzlərlə zəngin qidalanmağı və çətin həzm olunan ət yeməklərini azaltmağı, eyni zamanda gündəlik 2- 3 litrə yaxın  su içməyi tövsiyə edirlər.