• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1159
— 09.07.2022 20:23

Məscidlərdə bayram namazı qılınıb

KepezTV Player

Qurban bayramı münasibətilə Gəncədə “İmamzadə” ziyarətgahında və bütün məscidlərdə bayram namazı qılınıb. Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi yad edilib, ölkəmizə firavanlıq, ailələrə ruzi, bərəkət və bolluq arzulanıb. İnsanlar bir-birlərini İslamın iki əsas bayramından biri sayılan, birlik, bərabərlik və qardaşlıq rəmzi olan Qurban bayramı münasibətilə təbrik ediblər.