• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2186
— 08.07.2022 19:14

Heyvandarlıqda südçülüyün inkişafı diqqət mərkəzində olub

KepezTV Player

Göygöldə heyvandarlıq sahəsində konsaltinq xarakterli elmi-praktik seminar keçirilib. Respublikada südçülükdə məhsuldarlığın artırılması və inkişafı məqsədilə təşkil edilən seminar heyvandarlıq elmi-tədqiqat institutunda baş tutub. İnteraktiv formada həyata keçirilən təlimlərdə heyvanlarda stres faktorunun aradan qaldırılması, südün məhsuldarlığının artırılması, böyük fermer təsərrüfatlarındakı xəstəliklər, onlarla mübarizə və prafilaktik tədbirlərin aparılması qaydaları haqda məlumatlar verilib. Kənd Təsərrüfatı Nazirliyi əməkdaşlarının, Tərtər, Bərdə, İmişli, Ağstafa və digər rayonlardan olan böyük şirkətlərin, heyvandarlıq komplekslərinin nümayəndələrinin, eləcə fermerlərin qatıldığı tədbirdə əcnəbi təlimçilər müxtəlif mövzularda seminar iştirakçılarına məsləhətlər veriblər, eyni zamanda onları maraqlandıran sualları cavablandırıblar.