• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1737
— 07.07.2022 16:07

Gəncə sakinlərində narkotik vasitə aşkarlanıb

KepezTV Player

Gəncə şəhər Baş polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb. Fərid Torçuyev, Aqil Hüseynov, Xəlil Tağıyev, Orxan Cəfərov, Elmir Quliyev, Tural Xəlilov və Anar Həsənovun üzərinə baxış keçirilən zaman həmin şəxslərdən qanunsuz olaraq əldə edib saxladıqları “metamfetamin” və “heroin” aşkar olunaraq götürülüb. Bundan başqa inzibati qaydada həbs olunan Ruslan Hüseynovun Müvəqqəti Saxlama yerində üzərinə baxış keçirilən zaman ayrı-ayrı bükülülərdə “marixuana”, “heroin” “metamfetamin” və şprislər aşkarlanıb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib. Faktlarla bağlı zəruri istintqa-əməliyyat tədbirləri davam etdirilir.