• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 846
— 07.07.2022 12:19

Gəncədə mübahisə zəminində gənc oğlan bıçaqlanıb

KepezTV Player

Gəncə şəhərində qanlı olay baş verib. 21 yaşlı Həsənov mübahisə zəminində bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir. Hadisənin təfərrüatı araşdırılır. Analoji hadisə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində də qeydə alınıb. Ağstafa rayon sakini, 39 yaşlı Famil Məmməd oğlu İsmayılov bıçaq xəsarəti ilə yaxınları tərəfindən Qazax Mərkəzi rayon Xəstəxanasına aparılıb. Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı məlum deyil. Fakt araşdırılır.