• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 852
— 06.07.2022 11:47

Vəzifəli şəxsləri şantaj edən sayt rəhbəri tutulub

KepezTV Player

Vəzifəli şəxsləri şantaj edən sayt rəhbəri tutulub. Göygöl Rayon Polis Şöbəsi əməkdaşları daxil olmuş müraciətlər əsasında əməliyyat tədbiri keçiriblər. Cari ilin iyun ayı ərzində Rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyevə, xəstəxananın şöbə müdiri Əlikömək Alıyevə, həkimi Rəşad Əkbərova və Goranboy rayon Suvarma Sistemləri İdarəsinin müdiri İlqar Məhərrəmova barələrində rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gəlib müxtəlif məbləğlərdə pul tələb etməkdə şübhəli bilinən Göygöl şəhər sakini Osman Rzayev saxlanılıb.