• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2016
— 04.07.2022 16:04

Brüssel gündəliyinə aid məsələlər müzakirə olundu

KepezTV Player

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Prezident İlham Əliyev Brüssel gündəliyinə aid məsələləri müzakirə ediblər. Telefon söhbəti zamanı Şarl Mişel Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini vurğulayıb. O, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirib. Prezident İlham Əliyev  sözügedən istiqamətlərdə danışıqların real nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu ifadə edib. Dövlət başçısı işğaldan azad edilən ərazilərdə Azərbaycanın üzləşdiyi genişmiqyaslı mina problemini qeyd edib. Birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən itkin düşmüş hesab olunan 4 min nəfərə yaxın azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb.