• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1123
— 04.07.2022 12:12

Qazi 14 aylıq müalicədən qayıtdı

KepezTV Player

YAŞAT fondu tərəfindən Türkiyəyə göndərilən və orada müalicə alan daha bir vətən müharibəsi qazisi evinə qayıdıb. Tovuzun Aşağı Quşçu kəndindən olan 44 günlük vətən müharibəsinin iştirakçısı, 25 yaşlı Emil Qocayev rayonun girişində ictimaiyyət nümayəndələri, qazilər və yaxınları tərəfindən  qarşılanıb. Daha sonra avtomobil karvanı ilə şəhidlər xiyabanına gələrək Vətənin ərazi bütövlüyü ugrunda canlarından keçib qəhrəmancasına həlak olan şəhidlərin məzarlarını ziyarət edib. Qazi Emil Qocayev Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib, Füzuli istiqamətində gedən döyüşlərdə  oktyabrın 26-da ağır yaralanıb. Türkiyədə 1 il 2 ay müddətində müalicə alan Emil 9 dəfə əməliyyat olunub.  Bundan sonra Bakıda reabilitasiya mərkəzində onun müalicəsi davam edəcək. Qazi "Füzulinin azadlıgı ugrunda" və "Hərbi xidmətdə fərqlənməyə  görə" medalları ilə təltif olunub.