• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1369
— 03.07.2022 19:38

Müştərilərin cibinə "servis haqqı" adı ilə girilir

KepezTV Player

Son dövrlər Gəncədəki bəzi restoranlarda müştəriyə təqdim edilən hesaba masa xidmətçisinin göstərdiyi xidmətə görə əlavə ödəniş, yəni "servis haqqı" da əlavə edilir. Müştəri yeyib-içdikdən sonra hesabı ödəmək istəyəndə ona təqdim edilən çekdə sifariş etdiyi məhsulların qiymətinin altında "servis haqqı" məbləği də qeyd edilir. Bu məbləğ adətən ümumi məbləğin 10 %-ni təşkil edir. Bəs bu qanunvericilikdə necə tənzimlənir və ya qanunidirmi? Araşdırmamızı izləyək.

Restoranlarda həmişə masa xidmətçilərinə könüllü olaraq “çay pulu” verilməsi ənənəsi məşhur olub. Yəni müştəri qulluq edən ofisiantın işini bəyənsə, ona sifarişdə nəzərdə tutulanların dəyərindən əlavə pul verir. Adətən həmin ofisiant verilən pulun hamısını özünə götürür və restoranın müştəri məmnuniyyətində əməyi keçən digər işçiləri bu bəxşişdən nəsibsiz qalır. Son dövrlər bəzi iaişə obyektlərində “çay pulu” bir növ icbariləşdirilib və ümumi məbləğin 10 %-i qədər "servis haqqı" formasında rəsmiləşdirilir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirdilər ki, bazar iqtisadiyyatının inkişaf etdiyi əksər ölkələrdə restoranlarda servis və ya xidmət haqqının müəyyənləşdirilməsi sistemi mövcuddur. Bu proses  Azərbaycanda da qanunvericiliklə qadağan edilməyib.

Hüquqşünas Ruslan Paşayev də bildirir ki, restoran tərəfindən təyin olunmuş əlavə xidmət haqqı barəsində məlumat verilmədən müştəridən pul tələb edilməsi qanun pozuntusu sayılır.

Servis haqqı hər bir restoranın daxili qərarırından asılıdır. Qanunvericilikdə bu məsələ ilə bağlı konkret tələb yoxdur. Ümumiyyətlə restoran işini tənzimləyən hüquqi-normativ sənədlərin azlığı belə məsələlər inzibati tədbirlərin görülməsini çətinləşdirir. Xarici ölkələrdə adətən bu məsələ qanunla tənzimlənir və “servis haqqı” personala çatır.

Aişə Rzayeva