• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1949
— 03.07.2022 19:02

Açıq şəhər birinciliyi keçirilib

KepezTV Player

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Milli Karate Federasiyasının Qərb Şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında karate üzrə  açıq şəhər çempionatı keçirilib. Gəncə Olimpiya İdman Kompleksində baş tutan yarış "Şuşa ili"nə həsr olunub. Birincilikdə 12 şəhər və rayonu təmsil edən komanda mübarizə aparıb. Ümumilikdə yarışda 150-dən artıq karateçi qalib olmaq üçün bacarığını ortaya qoyub. Sonda qaliblər diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.