• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1202
— 02.07.2022 20:04

"Gəncə" adının bərpasının təşəbbüskarının yaradıcılıq gecəsi

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdrarəsinin dəstəyi və "Cavad xan" Tarix-Mədəniyyət Fondunun təşəbbüsü ilə müasir Azərbaycan yazıçısı, dramaturq, publisist, ictimai xadim, Əməkdar jurnalist, Gəncənin ziyalı xanımı Nüşabə Əsəd Məmmədlinin yaradıcılıq gecəsi keçirilib. Nüşabə Məmmədlinin Azərbaycan mədəniyyətinə bəxş etdiyi töhfələrdən danışılıb və yaradıcılıq fəaliyyətindən bəhs edilib. Əsərlərinin müxtəlif dillərə tərcümə olunduğu, psixoloji realizm üsulunda yazdığı əsərlərində 21-ci əsrin vacib və aktual problemlərinə toxunulduğu bildiriblib. “Cavad xan”, “Süleyman peyğambərin padşaqlığı” kimi əsərlərində Nüşabə Məmmədlinin tarixi motivlərə əsaslandığına diqqət çəkilib. Azərbaycan ədəbiyyatında həm də “İmpressionizm”in banisi kimi tanınan Nüşabə xanım 1992-ci ildə "Tomris" Analar cəmiyyətini yaratmaqla bir vaxtlar qaçqın və məcburi köçkün həyatı yaşayanlara mənəvi və maddi yardım etməyi özünə borc bilib. Gəncə Jurnalist Assosiasiyasının sədri, Ümumdünya Qadın Jurnalistiəri təşkilatının üzvü olaraq dövrü mətbuatda yazıları ilə tanınır. Sovet dövründə Kirovabad olan şəhərin Gəncə kimi adlandırılmasının təşəbbüskarıdır. Gəncə şəhərinin ictimai-mədəni həyatında səmərəli fəaliyyətinə görə Nüşabə Məmmədliyə Gəncə şəhər İcra hakimiyyəti tərəfindən "Təşəkkürnamə" və "Cavad xan" Tarix-Mədəniyyət Fondunun "Cavad Xan" ordeni təqdim edilib. Səsləndirilən xoş sözlərə və gecəsinin təşkilində əməyi keçən hər kəsə öz dərin təşəkkürünü bildirən Nüşabə Məmmədli bunu yaradıcılığında böyük mənəvi qida olaraq dəyərləndirib.