• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 851
— 02.07.2022 16:25

Xidmətdə fərqlənənlər təltif olunublar

KepezTV Player

Samux rayonunda da polis işçilərinin peşə bayramı qeyd olunub. Heydər Əliyev parkında ümummilli liderin abidəsinin ziyarəti ilə başlayan tədbirdə rayon icra hakimiyyətinin başçısı Alı Qocayev polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, çətin və şərəfli vəzifələrində onlara uğurlar arzulayıb. Tarixi və şərəfli yol keçən müasir Azərbaycan polisinin formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna rolu vurğulanıb. Rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramil Səfərliyev  Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan polisinin fəaliyyətindəki uğurlardan ətraflı bəhs edilib. Rayonda ictimai asayişin qorunması və cinayətkarlığa qarşı mübarizədə polis əməkdaşlarının xidmətləri yüksək qiymətləndirilib. Xidməti fəaliyyətdə fərqlənən bir qrup polis işçisinə rayon icra hakimiyyətinin fəxri fərmanı təqdim edilib.