• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2203
— 02.07.2022 16:29

Prezidentin təltif etdiyi polokovnik-leytenant təbrik edilib

KepezTV Player

Gəncədə Polis İşçilərinin Peşə bayramı günü qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə şəhərin baş meydanında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər. Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyev Azərbaycan polisinin ulu öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Prezident İlham Əliyevin müdrik siyasətinə sadiq olduğuna, sarsılmaz təməllər üzərində formalaşan ictimai-siyasi sabitliyin və asayişin mühafizəsinə, vətəndaşların hüquq və azadlıqlarının etibarlı təminatına mühüm töhfələr verdiyinə diqqət çəkib. Çıxışlarda əlamətdar gün münasibətilə polis işçiləri təbrik edilib, Azərbaycan polisinin dövlətçiliyin möhkəmlənməsində, sabitliyin və əmin-amanlığın qorunmasında böyük fədakarlıq göstərdiyi vurğulanıb. Tədbirdə Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən Uğrunda” medalı medalı ilə təltif edilən Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin rəisi, polis polokovnik-leytenantı Nəvai Qasımov təbrik edilib. Xidməti fəaliyyətdə fərqlənən bir qrup polis işçisi təltif edilib, veteran polis əçəkdaşlarına Baş Polis İdarəsi tərəfindən hədiyyələr verilib.