• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 689
— 01.07.2022 20:01

“Kəpəz”in əvəzediciləri məşqə başladı

KepezTV Player

Gələn mövsüm futbol üzrə 1-ci divizonda mübarizə aparacaq “Kəpəz”in əvəzedici komandası məşqlərə start verib. “Dubl” ilkin mərhələdə seleksiya xarakterli hazırlıq keçəcək.

Kollektiv toplanışına yeni baş məşqçi Xaliq Mərdanovun rəhbərliyi altında Gəncə şəhər stadionunun süni örtüklü meydançasında başlayıb. Gündə 1 dəfə məşq edəcək dubl 2 mərhələdən ibarət ilkin hazırlıq dönəmində əsasən yüngül məşqlərə üstünlük veriləcək. Seleksiya xarakterli hazırlıq 8 günü əhatə edəcək.

Seleksiya məşqlərinə sırf Gəncə və ətraf rayonlardan olan futbolçular dəvət edilib. Hələlik 30-dan çox oyunçunun iştirak etdiyi hazırlıqda qarşıdakı günlərdə bu sayın 50-yə qədər artacağı gözlənilir. Məqsəd “açıq qapı” günlərində kimisə kənarda qoymamaqdır.

Əvəzedicilərin ən vacib işi əsas komandaya oyunçu hazırlamaq olsa da, məşqçilər aşağı liqada yaxşı nəticə göstərməyi də hədəfləyirlər.

Əvəzedicilərin məşq prosesinin növbəti mərhələsində dözümlülük və fiziki hazırlığa önəm veriləcək. Sonuncu, 3-cü mərhələdə isə komandanın taktiki-texniki göstəricilərinin yaxşılaşdırılmasına diqqət yetiriləcək. Məşqlərlə yanaşı, dubl bir neçə rəqiblə yoldaşlıq görüşləri keçirməyi də planlaşdırır.