• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2021
— 01.07.2022 15:58

"Kəpəz"in 13 yaşlılardan ibarət komandası mükafatlandırıldı

KepezTV Player

Futbol üzrə 13 yaşlıların liqasında mövsümün yekunlarına əsasən bürünc medalları qazanan "Kəpəz"in müvafiq yaş qrupundan olan komandası ilə görüş keçirilib. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsində baş tutan görüşdə idarənin rəisi, Klubun Müşahidə Şurasının üzvü Həmid Nəsirov və Gəncə təmsilçisinin icraçı direktoru İlqar Nadiri kollektivin üzvlərini əldə olunan uğur münasibəti ilə təbrik ediblər. Komandaya növbəti mövsümdə də uğurlar arzulayıblar. Görüşün sonunda futbolçulara və məşqçilərə fəxri fərman və hədiyyələr təqdim olunub.