• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2522
— 30.06.2022 23:32

İstintaq Təcridxanasında 4 idman növü üzrə yarışlar keçirilib

KepezTV Player

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Nizami yurdunda yerləşən 2 saylı İstintaq Təcridxanasında saxlanılan şəxslər arasında şahmat, dama, nərd və stolüstü tennis növləri üzrə yarışlar keçirilib. Birinciliyə 30-a yaxın iştirakçı qatılıb. Yarışın keçirilməsində məqsəd qapalı müəssisələrdə asudə vaxtın səmərəli şəkildə təşkili olub. Bu kimi birinciliklərin gələcəkdə mütəmadi olaraq keçirilməsi planlaşdırılır. Sonda qaliblər Baş İdarə tərəfindən diplomlarla təltif olunublar.