• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1927
— 01.07.2022 16:22

Tədris ilində 18 şagird müsabiqədə yer tutub

KepezTV Player

“Şuşa ili” çərçivəsində Təhsil Nazirıiyi tərəfindən “Qarabağa gəlmişəm” və “Könlüm keçir Qarabağdan” adlı müsabiqələr də Gəncə məktəbliləri də iştirak edib. Uşaq Gənclər İnkişaf Mərkəzləri arasında təşkil edilən yarışda yüksək nəticələr göstərək nailiyyətlər əldə ediblər.

Kiçik yaşlardan xalçaçılığa böyük marağı olan Zəhra Qəhrəmanova Gəncə şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin xalçaçılıq dərnəyinə yazılıb. Toxuduğu xalçalarda vətənpərvərlik mövzusu üstünlük təşkil edib. Təhsil Nazirliyinin “Şuşa ili” keçirdiyi müsabiqəyə üzərində "Xarı bülbül"ün əksi olan xalça ilə qatılan Zəhranın bu əl işi münsiflər heyəti tərəfindən birinci yerə layiq görülüb.

Mərkəzin toxuculuq dərnəyinin daha bir üzvü Aytac Bayramova da müsabiqədə birinci olub. Və qalib olaraq Şuşaya gedən məktəblilər arasında yer alıb.

Daha 4 şagird isə “Qarabağa gəlmişəm” adlı teatr müsabiqəsində iştirak edib. Hazırladıqları tamaşada Bülbülün, Molla Pənah Vaqifin, Üzeyir Hacıbəylinin və Xurşudbanu Natəvanın obrazlarını yaradan şagirdlərin çıxışları da yaxşılardan olub.

Tədris ilinin əvvəlindən Gəncə şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri 8 yerli və beynəlxalq müsabiqədə iştirak edib. Onlardan 7 nəfər birinci, 3-ü ikinci və 2 nəfər isə üçüncü yerlərə layiq görülüb.

Yaradıcılıq Mərkəzinin əsas vəzifəsi uşaq, yeniyetmə və gənclərin yaradıcılıq qabilliyətinin inkişafı üçün şərait yaratmaq və onların asudə vaxtlarını səmərəli  təşkil etməkdir. Burada 19 dərnəkdə 1350 şagird bacarıqlarını artırır.

 

Elnur Vahidoğlu