• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1416
— 01.07.2022 16:08

Peşə məktəbləri ilə işgüzar dairələr arasında dəyirmi masa

KepezTV Player

Avropa ittifaqı tərəfindən maliyələşdirilən və BMT-nin inkişaf proqramı ilə icra olunan “Gələcək üçün peşə təhsili və Təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində Gəncədə dəyirmi masa keçirilib. 2024-cü ilədək icrası planlaşdırılan layihə ilə əlaqədar tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, peşə təhsil müəssisəsinin direktorları və işgüzar dairələrin üzvləri iştirak ediblər. Məqsəd Gəncədə yerləşən peşə təhsili mərkəzinin tələbələrini işəgötürənlərlə tanış etmək və müəssisələrdə onların təcrübə keçməsini təmin etməkdir. Artıq 2-ci ildir ki, icra olunan layihə çərçivəsində qabaqcıl peşə təhsili müəssələrinin yaradılmasına dəstək icra olunur, həmçinin hədəf regionlarda yaradılan qabaqcıl peşə təhsili müəssələrində innovativ yanaşmalar tətbiq edilir. Tamamlanmaqda olan təhsil ilində 130 nəfər tələbə təhsil proqramından yararlanıb.