• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 684
— 01.07.2022 12:13

Komando bölmələrində təlim məşqləri keçirilir

KepezTV Player

2022-ci ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat bölmələrində təlim-məşqləri keçirilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, praktiki məşqlərdə komandolar maneələri yüksək peşəkarlıqla dəf edərək kəşfiyyat cığırının açılması və şərti düşmənin məhv edilməsi tapşırıqlarını yerinə yetirirlər. Komandoların fərdi bacarıqlarının, eləcə də atəş və taktiki hazırlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlərdə qarşıya qoyulan tapşırıqlar uğurla icra edilir.