• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1059
— 30.06.2022 12:06

Zelenski bildirib ki, 144 döyüşçü Rusiya əsirliyindən azad edilib

144 ukraynalı döyüşçü Rusiya əsirliyindən azad edilib. Belə bir açıqlama ilə Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edib. Dövlət başçısı bunun müharibə başlayandan bəri həyata keçirilən ən böyük əsir mübadiləsi olduğunu deyib. O, həmçinin bildirib ki, Rusiyanın Mikolayev şəhərinə endirdiyi raket zərbəsi nəticəsində 5 nəfər həlak olub.

Volodimir Zelenski Ukrayna Prezidenti: 59 milli qvardiya döyüşçüsü, 38 donanma, 28 silahlı qüvvələrin döyüşçüsü, 17 sərhədçi və bir polis olmaqla, 144 ukraynalını Rusiya əsirliyindən vətənə qaytardıq.Azovstalın 95 müdafiəçisi də Ukraynaya gəlir. Sərbəst buraxılanlardan ən yaşlısı 65 yaşındadır. Ən kiçiyinin isə 19 yaşı var. Mübadilə baş tutsa da, qarşı tərəf atəşi dayandırmır. Yalnız iyunun 29-da Rusiya Mikolayevdəki mülki hədəfləri vurmaq üçün 10 raket zərbəsi endirib.Oniks gəmi əleyhinə raketi sadə beş mərtəbəli binanı dağıdıb. Dağıntıların təmizlənməsi gün ərzində davam etdirilib. Hazırda 5 nəfərin öldüyünü bilirik.Bu hadisə bütün dünyanın Kremlə təzyiqinin kifayət qədər olmadığını sübut edir.