• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 698
— 29.06.2022 12:00

Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki fərdi yaşayış evindən ümumi dəyəri 5 865 manat olan müxtəlif tikinti və ev əşyalarını oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Nazim Alıyev, Rüstəm Əliyev və ceyhun Cəfərov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək oğruladıqları əşyaları satdıqlarını bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.