• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1602
— 29.06.2022 12:15

Prezident görüşlər keçirib

KepezTV Player

Prezident İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub. Prezident İlham Əliyev bildirib ki, Xəzər dənizindən keçməklə Türkmənistanla Azərbaycan arasında yük axını artıb. Bu, həm ölkələrimizin, həm də qonşularımızın mənafelərinə uyğundur Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşdə bildirilib ki, Xəzər əsrlər boyu qonşu kimi yaşayan xalqlarımızı birləşdirən dəniz olub. Prezident İlham Əliyev regionda gələcək təhlükəsiz inkişafın təmin ediləcəyinə əminliyini ifadə edib.***Dövlət başçısı İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə də görüşüb. "Bir sıra məsələlərlə bağlı çox yaxşı irəliləyiş var, xüsusilə nəqliyyat, energetika və digər sahələrdə. Ona görə əminəm ki, bugünkü görüşdən sonra da əlaqələrimizin inkişafına növbəti təkan veriləcək" - deyə prezident İlham Əliyev vurğulayıb.