• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 698
— 27.06.2022 20:10

45 ildən sonra yaşanan tələbəlik illəri

KepezTV Player

Gəncə Dövlət Universtetini 45 il bundan öncə bitirən məzunlar yenidən bir araya gəldilər. Gözlərində sevinc, üzlərində gülüşlə görüşürdülər bir zamanlar bir yerdə oxuyan tələbələr. Biz də bu hissin, bu duyğunun şahidi olub onu ekranlara gətiririk. İzləyək.

İllər ayları, aylar günləri əvəzlədi. Düz yarım əsirə yaxın bir vaxtdan 45 ildən sonra onlar yenidən görüşdülər. Bir vaxtlar təhsil aldıqları doğma universtlərinin auditoriyyasında. Gəncə Dövlət Universtetinin  Azərbaycan dili-ədəbiyyat ixtisası üzrə 1973-77-ci illərdə oxuyan tələbələr yenidən bir arada idilər. Tələbə yoldaşlarını görmək və onlarla söhbət etmək çox qürurverici idi onlar üçün. Keçmiş məzunlarının demək olar ki, hamısı auditoriyada idi.

Məzunlar bir vaxtlar təhsil aldıqlar univertetlə tanış oldular. Vaxtı ilə qalxıb endikləri piləkənlər, auditoriyalar, idman zalı yeni görkəmdə olsa da onları elə tələbəlik illərinə aparırdı. 45 il bundan öncə şəkil çəkdirdikləri ali təhsil ocağının qarşısında yenidən o anları yaşadılar. Ardından bir zamanlar olduğu kimi yenə də  şəhərin görməli yerlərini gəzdilər.

 

Elnur Vahidoğlu