• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 759
— 27.06.2022 19:43

Kənd sakinlərinə ixtisaslaşdırılmış tibbi yardım göstərilib

KepezTV Player

Şəmkirdə rayon mərkəzindən uzaqda yerləşən ucqar dağ kəndlərində sakinlərə səyyar səhiyyə xidmətlərinin göstərilməsi davam edir. Məqsəd həm kəndlilər arasında səhiyyə maarifi işini aparmaq, icbari tibbi sığortanın əhaliyə təqdim etdiyi xidmətlədən danışmaq, onlardan yararlanmaq yollarını izah etmək, eyni zamanda uşaqlar arasında peyvəndləmə, hamilə qadınların qeydiyyata alınması, doğuşa qədər və sonra onlara nəzarət kimi mühüm məsələlərlə bağlıdır. Ələsgərli kənd həkim məntəqəsində terapevt, kardioloq, stomatoloq, cərrah, pediatr, ginekoloq və digər ixtisaslı həkimlərindən ibarət səyyar komanda əhalinin ilkin tibbi müayinəsini keçirib. Aparılan tibbi yoxlamalar zamanı aşkarlanan potologiya ilə bağlı vətəndaşlara məsləhətlər verilib, sonrakı müayinə və müalicələrini rayon mərkəzi xəstəxanasında aparılmaları tövsiyyə olunub. Ümumilikdə gün ərzində 100-ə yaxın sakin tibbi müayinədən keçiirlib. Ələsəgərli kəndində müasir tələblərə cavab verən həkim məntəqəsi olsa da ixtisaslı kadr çatışmazlığından əhaliyə günün tələbləri səviyyəsində xidmət göstərilmirdi. Artıq həkim məntəqəsinə yeni kadrlar cəlb olunaraq tibbi xidməti də müasirləşdirilib. Bu kimi aksiyaların digər ucqar kəndlərdə də təşkil edilməsi palnaldşırılır.