• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1207
— 26.06.2022 20:36

Vətən səmasının keşikçiləri

KepezTV Player

Vətən torpağı nə qədər Müqəddəsdirsə, o torpağın üzərindəki asiman da bir o qədər Alidir. Onlar Vətənin göylərini qoruyur. Sırada sizi Azərbaycan səmasının qartallarıyla tanış edəcəyik.

Səfa Səmədov mayor: 11 ildir Hərbi Hava Qüvvələrində xidmət edirəm. Hərbi Hava Qüvvələri mən xidmət etdiyim dövrdən bugünə qədər çox yüksək inkişaf yolu keçib. İkinci Qarabağ müharibəsi dövründə ilk uçan təyyarəçilərdənəm, gənc təyyarəçilərdən. Yəni bununla da qürur duyuram, çətin idi həm də məsuliyyətli idi bizim üçün. Vətən müharibəsində yüksək peşəkar pilotlarımız var idi ki, silah sisteminə tətbiq edilmiş raketi tankın lyukundan içəri sala bilirdi. Yəni belə peşəkar pilotlar var bizim sıralarımızda bu böyük qürurdur bizim üçün.

Fuad Həsənzadə leytenant: Hərbi Hava Qüvvələrində xidmət edirəm. Qırıcı, Bombardımançı SU-25 təyyarələrində təyyarənin baş texniki vəzifəsində çalışıram. Həqiqətən çox məsuliyyətli bir peşədir. Çünki təyyarənin bütün texniki baxışlarını biz keçiririk. Ortaya çıxmış nasazlıqları şəxsən özümüz aradan qaldırırıq. Bununla yanaşı demək istəyirəm ki, bütün təyyarəçilərimizin can güvənliyi bizə əmanətdir. Çox məsuliyyət tələb edən işdir. Çox da şərəfli işdir. Bu işdə çalışdığım üçün çox qürurluyam.

Vətən Müharibəsində öz sözünü deyən və düşmənin qəniminə çevrilən Bayraktar Hərbi Hava Qüvvələrinin arsenalında yer alan əsas silah növlərindən sayılır.

Xalid Abdullayev leytenant: Biz həqiqətən fəxr edirik ki, Bayraktar TB-2lər Azərbaycan ordusunun hərbi arsenalında yer alır. Digər silahlarla yanaşı Bayraktar TB-2lər dı öz sözünü deyir, öz rolunu oynayır. Biz də fəxr edirik ki, həqiqətən bizdə Bayraktar TB-2-nin hərbi qulluqçuları olaraq Azərbaycan Respublikasına xidmət edirik.

44 gün ərzində Pilotsuz uçuş aparatlarının çəkdiyi görüntülər hərb tariximizdə qürurla xatırlanır.

Rəşad Qəhrəmanlı "Bayraktar" pilotu, leytenant: Bayraktar TB-2 Qarabağ müharibəsində özünü göstərmiş yeni bir silahdır. Bayraktar TB-2 Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında yer alır. Mən Azərbaycan Hərbi Hava Qüvvələrinin zabiti olaraq Bayraktar TB-2 pilotu olmaqdan özümdə qürur hissi duyuram.

Anar Vəlizadə əməliyyat zabiti, leytenant: Burda olmaqdan qürur duyuram. Azərbaycan ordusunun düşmənə ən sarsıdıcı zərbələr endirən bölmələrindən biridir. + Bayraktar əməliyyatçısı olmaq tam olaraq nə deməkdi, hansı vəzifəni icra edir? – Bayraktar əməliyyatçısı əməliyyatın gedişini idarə edir. Yuxarı komandanlıqdan tapşırıqları alıram, onu öz uçuş heyətimlə bölüşürəm. Beləliklə, tapşırıqlar müvəffəqiyyətlə tərəfimizdən icra olunur.