• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1402
— 26.06.2022 20:32

Düşmənin qorxusu: Azərbaycan komandosu

KepezTV Player

Azadlığına qovuşan Qarbağ  iki ilə yaxındır özünün həqiqi sahiblərindədir. İşğaldan azad olunan ərazilərdə sürətlə yenidənqurma işləri görülür . Məsələn yollar yenilənir, düşmənin dağıtdığı tikililər bərpa edilir. Bununla yanaşı yeni hərbi hissələr yaradılır, Hərbiçilərin xidmət şəraiti yüksəldilir. Ordunun peşəkarlığı da ən yüksək səviyyəyə çatdırılır. Belə xüsusi birləşmələrdən biri də Azərbaycan Komandosudur.

Çünki, bu torpaqları qanları bahasına azad ediblər. İndi də onun keşiyində qürurla dayanırlar.

Onlar Azərbaycan komandosudur. Pəhləvan cüssəli igidlərin düşmən canına qorxu salan səsləri Komando birləşmələri yaradıldığl tarixdən, yəni  2021-ci ilin dekabrından Qarbağda eşidilir. Bir amalları var, torpaqları qeyd və şərhsiz qorumaq, yurdumuzda gözü olan yağıların gözünü kor etmək.

Azərbaycan komandosu peşəkarlaşmaq, istədikləri səviyəyə çatmaq üçün gecə-gündüz demədən təlim keçir.

Qarabağda təkcə komando birləşmələri deyil həm də digər qoşun növlərinin mənsubları da xidmət aparır. Əksəriyyəti isə vətən müharibəsi iştirakçısıdır.

DÜŞMƏNİN QORXUSU: AZƏRBAYCAN KOMANDOSU

Azad edilən ərazilərdə dislokasiya olunmuş hərbi hissələrin sayının artırılması nəzərdə tutulur.

Bu peşəkar döyüşçülər üçün demək olar ki, hər şərait yaradılıb. Yataqxanalarından tutmuş, yeməkxanalarına qədər. Qeyd edək ki,işğaldan azad olunan digər şəhər və rayonlarımızda yeni dislokasia olunmuş hərbi hissələrin sayı tədricən artırılacaq.