• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1311
— 25.06.2022 20:00

Vətən müharibəsində fərqlənən bir qrup hərbi qulluqçu təltif edilib

KepezTV Player

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-leytenant”, "general-mayor” və “tibb xidməti general-mayoru” ali hərbi rütbələrinin verilməsi haqqında” sərəncam imzalayıb. Eləcə də ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Müdafiə Nazirliyinin hərbi qulluqçuları “Azərbaycan Bayrağı”, 3-cü dərəcəli “Rəşadət”, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”,“Xocavəndin azad olunmasına görə”,"Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif ediliblər.