• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1303
— 25.06.2022 16:18

İntellektual oyun və şəhər birinciliyi keçirilib

KepezTV Player

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin, eləcə də Gəncə Gənclər Evinin birgə təşkilatçılığı, Gəncə İntellektual Klubunun dəstəyi ilə “26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü”nə həsr olunan gənclər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Yarışda 7 komanda, ümumilikdə isə 40-a yaxın gənc iştirak edib. 24 sualdan ibarət oyunun yekunlarına əsasən Kazbeks Lavaş komandası 1-ci yerə layiq görülüb. Bibliofilis kollektivi 2-ci, "Şuşa" isə 3-cü olub. Sonda qaliblər dilpm və təşəkkürnamələrlə təltif edililiblər.