• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2453
— 25.06.2022 12:03

İdman festivalı keçirilib

KepezTV Player

Şəmkir rayon Gənclər və İdman İdarəsinin təşkilatçılğı ilə şəhər parkında 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş İdman Festivalı keçirilib. Festivalda Şəmkir rayon İcra Hakimiyyətin Başçısı Rəşad Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ərazisində yerləşən hərbi hissələrin əsgər və zabitləri iştirak edib. Çıxış edənlər Silahlı Qüvvələr Gününün yaranma tarixindən, Azərbaycan Ordusunun müstəqillik dövründə ordu quruculuğu istiqamətində keçdiyi yoldan açıblar. Azərbaycan ordusu 44 gün ərzində 30 ilə yaxındır ki işğal altında olan torpaqlarımızı işğaldan azad edərək, ölkəmizin gücünü və qüdrətini bütün dünyaya sübut edib. Festivala 10-a yaxın olimpiya və qeyri-olimpiya idman növü üzrə 500-ə yaxın idmançı qatılaraq, öz bacarıqlarını nümayiş etdiriblər.