• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 688
— 24.06.2022 20:35

Avropa çempionatında yüksək nəticələr qazanmış idmançılarla görüş keçirilib

KepezTV Player

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa çempionatında yüksək nəticələr qazanmış idmançılarla görüşüb. Görüşdə icra Hakimiyyətinin əməkdaşları, Gənclər və İdman Baş İdarəsinin rəisi, əməkdar məşqçi ,müəllimlər və idmançılar iştirak ediblər. Bildirlib ki, ölkə başçısı idman sahəsinə xüsusi diqqət və qayğı göstərir. Ölkəmizin və şəhərimizin idman şərəfinin ləyaqətlə qorunmasının, bayrağımızın yüksəldilməsinin, himnimizin səsləndirməsinin hər bir şəhər sakini üçün qürurverici olduğunu söyləyən şəhər rəhbəri Avropa çempionatında yüksək nəticə əldə edən idmançıları təbrik edərək, onlara yeni nailiyyətlər arzulayıb. Toplantıda iştriak edən idmançılar Avropa çempionatında I,II və III yerlərə layiq görülərək 4 qızıl, 2 gümüş və1 bürünc medalı Gəncə şəhərinə gətiriblər.Sonda xatirə şəkli çəkdirilib.