• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 697
— 23.06.2022 19:48

Güləşçilərlə görüş keçirilib, yeni direktor təqdim olunub

KepezTV Player

Gəncə şəhər Gənclər və İdman İdarəsində Gəncə Olimpiya İdman Kompleksinə yeni təyin olunan direktorun təqdimatı keçirilib. İdman qurğusunun yeni rəhbəri İntiqam Hüseynova təyinat münasibətilə təbrik ünvanlanıb, ona fəaliyyətində uğurlar arzulanıb. Eyni zamanda idarədə Rumıniyada keçirilən Avropa çempionatında qızıl medal qazanan 3 gəncəli güləşçi ilə görüş təşkil edilib, onların nailiyyətlərinin təqdirəlayiq olduğu bildirilib. Pəhləvanlar və onların məqşçiləri Gəncə şəhər Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif ediliblər.