• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 692
— 23.06.2022 20:08

Qəsəbənin susuz qalan hissəsi nə vaxt aydınlığa çıxacaq?

KepezTV Player

Televiziyamızın qaynar xəttinə Daşkəsən rayonun Yuxarı Daşkəsən qəsəbə sakinləri susuzluqdan əziyyət çəkdikləri barədə müraciət ediblər. Məsələ orasındadır ki, yaşayış massivinin bir hissəsində su olsa da müraciət edənlər yaşayan hissə aydınlığa çıxa bilmir. Əməkdaşımız Elnur Vahidoğlu bunun səbəbini aydınlaşdırmaq üçün yollanıb qəsəbəyə və susuzluğun səbəbini araşdırıb.

Daşkəsən rayonun Yuxarı Daşkəsən qəsəbəsi rayon mərkəzindən təxminən 8 km aralıda yerləşir. Dağların ətəyində özü yurd-yuva yaradanlar nə biləydilər ki, qışın qarında, boranında, eləcə də yayın istisində əllərində su qabları uzaq məsafələrdən su daşıyacaqıar.

Yuxarı Daşkəsən qəsəbəsinin mərkəzində 5 dənə bu cür bulaqlar var. Qəsəbə sakinləri də gündəlik məişətdə sudan istifadə etmək üçün məcbur olaraq evlərindən gəlib bu bulaqlardan su aparırlar.

321 ailənin yaşadığı qəsəbənin bir hissəsinə 20 gündür ki, yeni su xətti çəkilir. Artıq işlərin çox hissəsi yekunlaşıb. Lakin qəsəbənin 130 ailənin yaşadığı hissə nədənsə yeni çəkilən xətdən bəhrələnə bilməyəcək. Buna etiraz olaraq susuz qalan sakinlər işin gedişatına mane olublar.

Qəsəbədə çəkiliş eşitdiyimdən xəbərdar olan Daşkəsən rayon İcra Hakimiyyətinin məsul işçiləri və rayon Su Kanal idarəsinin mühəndis qrupunun rəhbəri əraziyə gələrək susuz qalan sakinlərin dərdinə əlac edəcəklərindən danışıblar.

Mühəndis qrupunun rəhbərinin dediklərini elə qəsəbə sakinləri də yerində eşitdi. Verilən sözə özləri də şahid oldular. İndi qalır 130 ailənin bir az da səbir edib aydınlığa çıxacağı günü gözləmək.

 

Elnur Vahidoğlu