• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 749
— 22.06.2022 20:39

MOK-un 30 illik yubileyi münasibətilə tədbir keçirilib

KepezTV Player

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev mərkəzində Milli Olimpiya Komitəsinin və Olimpiya hərəkatının 30 illik yubileyi münasibətilə tədbir keçirilib. İdarə və mərkəz rəhbərlərinin, eləcə də Gəncə idmançılarının və Asan könüllülərinin iştirak etdiyi yığıncaqda çıxış edənlər MOK təsis olunduğu vaxtdan ölkədə idmanın dinamik inkişafı, mütəmadi olaraq idmançılarımızın Olimpiya Oyunlarında müxtəlif növlərdə iştirak edərək bir sıra uğurlara imza atması vurğulanıb. Həmçinin, qeyd olunub ki, idman sahəsində həyata keçirilən işlər sayəsində ölkəmiz 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, Formula-1 üzrə Bakı Qran-prisi və digər nüfuzlu yarışlara ev sahibliyi edib.