• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1807
— 22.06.2022 20:36

Gəncədə avtoxuliqanlıq edənlər saxlanılıblar

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə monitorinq keçirən zaman saxta dövlət qeydiyyat nömrə nişanı ilə idarə edilən “Chevrolet” markalı avtomobilin sürücüsü polis əməkdaşının qanuni tələbinə tabe olmayıb. Hadisə yerindən yayınan Sahib Hüseynov saxlanılıb, barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

Bundan başqa monitorinq zamanı “VAZ” markalı avtomobili dövlət qeydiyyat nişanı olmadan və konstruksiya dəyişikliyi edərək şəhər ərazisində avtoxuliqanlıq edən Səlim Əmirov da saxlanılıb və həbs edilib.

Daha bir “VAZ” markalı avtomobilin sürücüsünün qanunla qadağan edilməsinə baxmayaraq çoxavazlı səs siqnalından istifadə etməsi məlum olub. Səs siqnalı müsadirə edilib, sürücü isə 500 manat miqdarında cərimə edilib.