• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1247
— 22.06.2022 12:48

“Min bir gecə” baleti nümayiş olunub

KepezTV Player

Gəncədə Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunan “Min bir gecə” ikipərdəli baleti nümayiş olunub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının tədimatındakı balet Fikrət Əmirovun yaradıcılığında xüsusi yer tutan və bəstəkara dünya şöhrəti qazandıran, gözəl musiqiyə malik “Min bir gecə” nağılın motivləri əsasında hazırlanıb. Tamaşa melodiya rəngarəngliyi, həm də səhnə tərtibatına görə tamaşaçılarda böyük maraq oyadıb. Baletin libretto müəllifləri Əməkdar incəsənət xadimi Nailə Nəzirova, Maqsud və Rüstəm İbrahimbəyovlar, truppanın bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynova, quruluşçu rəssam Toğrul Nərimanbəyov, geyim üzrə rəssam Tahir Tahirov, tamaşanı idarə edən Əməkdar artist Yuri Lobaçev olub.