• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 744
— 22.06.2022 13:09

Samuxda 33 yaşlı kişi qətlə yetirilib

KepezTV Player

Samuxda 33 yaşlı kişi qətlə yetirilib. Rayon prokurorluğundan verilən xəbərə görə iyunun 22-si gecə saatlarında rayonun Füzuli kəndi ərazisində 1989-cu il təvəllüdlü Cavid Əliyevin öldürülməsi barədə prokurorluğa məlumat daxil olub. Aparılan ilkin araşdırmalarla zərərçəkmişin tanışı, 1990-cı il təvəllüdlü Mədət Tağıyevin yaşadığı evin qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Cavid Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Samux Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Mədət Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.