• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1892
— 21.06.2022 20:25

Silahlı Qüvvələr Gününə həsr olunan silsilə yarışlar keçirilir

KepezTV Player

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 26 iyun Silahlı Qüvvələr gününə həsr olunan Karate-do üzrə açıq şəhər birinciliyi keçirilib. Yerli Olimpiya İdman Kompleksində baş tutan yarış açıq xarakterli olduğundan Gəncə idmançıları ilə yanaşı Bakı, Sumqayıt, Şəki, Qazax, Ağstafa və Şəmkir karateçiləri də qüvvəsini sınayıb. Ümumilikdə mübarizələrdə 200-ə yaxın idmançı iştirak edib. Sonda qaliblər medal və diplom təltif ediliblər.

26 iyun - Silahlı Qüvvələr Gününə həsr edilən daha bir yarış juboksinq citsu üzrə təşkil edilib. 30 saylı tam orta məktəbdə reallaşan açıq Gəncə birinciliyinə 6 komanda qatılıb. Yarışda Nizami yurdunun iki kollektivi ilə birlikdə Bakı, Mingəçevir, Goranboy və Şəmkir juboksinqçiləri də bacarığını ortaya qoyub. Uşaq və yeniyetmələr arasında keçirilən döyüşlərdə 25 çəki dərəcəsində 60-dan çox idmançı qalib olmaq üçün vuruşub.