• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2286
— 21.06.2022 13:32

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana səfər edib

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana dövlət səfərinə gedib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.

Daşkənddə Heydər Əliyev Meydanının açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev açılış mərasimində iştirak ediblər. Prezidentlər Müstəqillik abidəsini ziyarət ediblər. Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.