• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1054
— 20.06.2022 20:25

Ağır atletlər toplanış keçirlər

KepezTV Player

Daha bir millimiz təlim-məşq toplanışı üçün Göygöl rayonunu seçib. Ağır atletika üzrə böyüklərdən ibarət yığma komanda yerli olimpiya idman kompleksində hazırlıq keçir.

Ağır Atletika üzrə millimiz ilk dəfə Göygöldə təlim məşq toplanışındadı. Qarşıdan yarışlara hazırlaşan komandanın əsas hədəfi Türkiyənin Konya şəhərində bu il keçiriləcək İslam Həmrəylik oyunların yüksək nailiyyət əldə etməkdir.

Seçməmiz 10 günə yaxındır ki, Göygöldə toplanışdadır. Proqrama əsasən yığma 5-i səhər, 3-ü axşam olmaqla həftədə 8 dəfə məşq edir. Bundan başqa hazırlıqda yüngül kross qaçışlar, eyni zamanda sauna və hovuz günləri də var ki, bu da atletlərin bərpa olunması üçün məşq planına daxil edilib.

Əsasən texniki çalışmalara üstünlük verən millinin təlim-məşq toplanışına  6-sı qadın, 14-ü isə kişi olmaqla 20 atlet cəlb olunub.

Yığma komandanın təlim-məşq toplanışı iyun ayının 28-dək davam edəcək. Hazırlığın ardından idmançılar iyulun əvvəlində beynəlxalq turnirdə, avqustda isə İslam Həmrəylik Oyunlarında qüvvələrini sınayacaqlar.