• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2112
— 20.06.2022 20:36

Sərnişinlərin rahatlığı üçün avtobusların hərəkət qrafiki dəyişdirilib

KepezTV Player

Yeni  açılan  2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinə vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün 4 avtobusun hərəkət qrafikinə dəyişiklik edilib. Eləcə də sərnişindaıma idarəsi tərəfindən 2 yeni marşurut xətti açılıb, 1 marşurutun yolu uzadılıb.

Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi tərəfindən aparılan monitorinqlərin nəticəsi olaraq və daxil olan müraciətlər nəzərə alınaraq 9 nömrəli avtobusun yolu 2 saylı Gəncə regional ASAN Xidmət mərkəzinədək uzadılıb. Nəricədə bu xət üzrə hərəkəıt edən 14 ədəd orta tutumlu avtobus 7 dəqiqə intervalı ilə fəaliyyət göstərir. Bundan başqa 11, 23 və 29 nömrəli marşurut xətlərinin hərəkət qrafikində də dəyişikliklər edilib.

Azər Məmmədov sürücü: Bizim marşurut Şəmkir avtovağzalından Dram Tetarın yanına gedir. Ordan da Bayraq meydanına, Univermağın yanı sonrada yenə bura ASAN Xidmətin yanına gəlirik. Bu indi sərnişinlərə də rahatdı bizədə rahatdı. Dayanacaq yaradıblar gəlib sərnişinləri götürüb qayıdırıq.

Kazım Cəfərov  sürücü: İstiqamətimiz İstiqamətimiz Yevlax avtovağzalından Şəmkir avtovağzalına gedirik. ASAN Xidmətin qarşısına gəlib dayanacağa girib ordan da çıxırıq. Heç kimində narazılığı yoxdur hamı da gəlib gedir.

Nəzrin Musayeva  sərnişin: Özüm 2 saylı regional ASAN Xidmət mərkəzində könüllü kimi fəaliyyət göstərirəm. 9 nömrəli avtobusdan istifadə edərək işimə gəlib gedirəm. Mənim üçün çox uyğundur. Tez-tez gəlir və istifadə də edirəm.

Solmaz Nağıyeva  sərnişin: Marşurut çox rahatdı. Univermağın qarşısında 11 nömrəli marşuruta mindim gəldim burda ASAN Xidmətin qarşısında da düşdüm.

Mahir Səfərov  sərnişin: Mən Gəncədə yaşıyıram. ASAN Xidmətə gəlmişəm. 11 nömrəli avtobusla rahat çox asanda gəldim.

Samir Ağamalıyev  sərnişin: 9 nömrəli marşurutla gəldim. Heç bir problem olmadı. Hər şeydə yüksək səviyyədədir.

Marşurut xətlərinin uzadılması və yeni xətlərin açılması yeni yaşayış massivlərindən də yan keçməyib. Burada da hərəkətin optimallaşdırması həyat keçirilir.

Ruslan Paşayev Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin hüquqşünası:  Aparılmış manitorinqlərin təhlili və müşahidələri nəticəsində Sadılı qəsəbəsinə yeni 10 nömrəli marşurut xətti fəaliyyət verilib. Bu qəsəbədən artıq sərnişinlər rahat şəhər mərkəzinə gedib gələ bilərlər. Gəncə şəhər Cavadxan qəsəbəsindən 20 nömrəli marşurut yeni yaşayış massivi Tofiq Bağırov küçəsində 2 km kimi uazdılıbdır. Sakinlərin istifadəsinə verilibdir. Gənclər evi Mərkəzindən şəhər istiqamətinə sakinlərin rahatlıqla gedib gəlmələri üçün Gəncə şəhər İcra Hakimiyyəti başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsi tərəfindən mikroavtobuslarla da təmin edilibdir.

Gün ərzində Gəncədə 21 marşurut xətti üzrə 280 yaxın avtobus və mikroavtobus əhaliyə xidmət edir.

Elnur Vahidoğlu