• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 760
— 19.06.2022 19:40

Kəlbəcər istiqamətində mövqelərimiz intensiv atəşə tutulub

KepezTV Player

İyunun 18-i axşam saatlarında və 19-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım, Barmaqbinə və Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini iri çaplı atıcı silahlardan intensiv atəşə tutub. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Müdafiə Nazirliyinin digər məlumatında iyunun 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin snayper tüfəngi və atıcı silahlardan istifadə etməklə atəşə tutulduğu bildirilib. Bu halda da bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.