• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1943
— 18.06.2022 20:31

Xarici səyyahların Qarabağa səfəri başa çatdı

KepezTV Player

Bir qrup xarici səyyah və blogerlər Zəngilanın Ağalı kəndinə yollanıblar. Xarici qonaqlar 30 illik işğal dövründə düşmənin talan etdiyi Azərbaycan torpaqlarında sürətlə gedən yenidən qurma işləri ilə tanış olublar.3 günlük səfər çərçivəsində səyyahlar ilk gün Azıx mağarası, Şuşa, Ağdam, ikinci gün isə Kəlbəcər və Laçını gəziblər. Bu gün Qarabağ səfəri başa çatıb.

Roman Vels yamaykalı səyyah: Ağıllı kənd çox moderndir. Qısa müddətdə ərsəyə gəlməsi o deməkdir ki, Qarabağda daha möhtəşəm işlər görüləcək. Dron çəkilişləri aparıram, çoxlu dağıntlar, yandırılmış evlər gördüm. Suriyanı xatırlatdı mənə.

Ryan Qazder hindistanlı səyyah: İlk növbədə təbiətin gözəlliyini paylaşacağam, daha sonra öz fikirlərimi. Məni əsasən tarixi abidələr maraqlandırır. Xeyli məlumat əldə etmişəm, Qarabağ qədim regiondur.

Çarles Veli "Gəzginlər Səyahətçilər" qrupunun rəhbəri: Dünyada belə yerləri görmək nadir haldır. Hansı ki, 30 il davamlı dağıdılıb, indi isə abadlaşdırılır. Ona görə də azərbaycanlı səyyahlardan birindən gələn bu səyahətlə bağlı ideyanı dərhal reallaşdırmaq istədim. Hətta öz aramızda danışırıq ki, bir il sonra gəlib yenidən buraları görməliyik. Çünki, yeni yollar, hava limanları tikilir. 1 il sonra yeni yollarla gəzmək istəyirik. Qarabağda möhtəşəm layihələr icra edilir.