• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 684
— 18.06.2022 12:01

Moda sənayesində İsveç təcrübəsi nümayiş olunub

KepezTV Player

Gəncədə “Urban” mərkəzində İsveçin Bakıdakı Səfirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə əməkdaşlığı çərçivəsində “Dayanıqlı moda: Tekstilin gələcəyi” adlı sərgi təşkil edilib. Tədqiqatçılar və moda mütəxəssisləri ilə birlikdə hazırlanan sərgidə moda sənayesinin əsas problemləri işıqlandırılıb, daha dayanıqlı gələcək üçün İsveçdə irəli sürülən həll yolları və təşəbbüslər nümayiş olunub. Sərgidə həm istehsalçıların, həm də istehlakçıların paltarların və onların komponentlərinin təmirini, təkrar hazırlanmasını, təkrar istifadəsini və təkrar emalını maksimum dərəcədə artırmaqla moda sənayesinin ətraf mühitə arzuolunmaz təsirlərini minimuma endirə biləcəyi yolları izah edilib. Bu il ərzində sayca 3-cü dəfə təşkil edilən səyyar tədbirdə həmçinin isveçli fotoqraf Elizabet Tolun Azərbaycana səfərləri zamanı Bakı, Qəbələ və Naxçıvanda çəkdiyi moda fotoşəkilləri İsveç meşələrinin şəkilləri ilə birlikdə nümayiş olunub.

Kristian Kamil İsveçin Azərbaycandakı səfiri: Bu mənim Gəncəyə 4-cü səfərimdir. Ilk gəlişim 2018-ci ildə baş tutmuşdu. O zaman daha çox sənaye obyektlərində, istehsal müəssisələrində və digər obyektlərdə olmuşam. Və ən son səfərim isə Gəncəyə 2 həftə bundan öncə idi ki, biz o zamn buradan keçməklə Kəlbəcərə getmişdik. Və bundan bir neçə ay öncə də turist olaraq Gəncəyə gəlmişdim. Mən bu tədbirin təşkilatçılığı üçün Azərbaycan Mədəniyyət nazirliyinə, Azərbaycan milli incəsənət muzeyinə tərəfdaşlıq üçün təşəkkür edirəm. Eyni zamanda qeyd etmək istəyirəm ki, bu il biz İsveç- Azərbaycan diplomatic əlaqələrin 30 illik yubileyi çərçivəsində mini festival keçirmişik və bir sıra silsilə tədbirlər də keçiririk. Onlardan biri də bu il 100 illiyi qeyd edilən Fikrət Əmirovun xatirəsinə həsr olunmuş konsert idi. İndi də Gəncədə moda sərgisində bir araya gəlmişik. Mən ümid edirəm ki, biz ölkələrimiz arasındakı mədəni əlqələri daha da genişləndirəcəyik.