• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 760
— 17.06.2022 11:58

Yeni baş məşqçi ilə 2+1 illik müqavilə imzalanıb

KepezTV Player

"Turan Tovuz" komandanın yeni baş məşqçisi Ayxan Abbasovla rəsmi müqavilə imzalayıb. 41 yaşlı mütəxəssis azarkeşlərin də iştirakı ilə sonradan artırılması 1 il də mümkün olan 2 illik müqaviləyə imza atıb. Ayxan Abbasov  9 illik fasilədən sonra premyer liqaya çıxan klubla, eyni zamanda akademiya ilə qarşıda çox ciddi və çətin tapşırıqların uğurla icra olunacağına iddialı danışıb. Komandaya yeni transferlər və legionerlərin də dəvət olunacağı baş məşqçinin planları sırasında yer alıb. Jurnalistlərə açıqlamasında Ayxan Abbasov bildirib ki, ölkə millisi və digər klubların heyətinə futbolçu yetişdirməkdə də “Turan Tovuz” futbol akademiyasının böyük payı olacaq.