• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 760
— 16.06.2022 11:09

Gədəbəydə 59 yaşlı kişi bıçaqlanaraq öldürülüb

KepezTV Player

Gədəbəydə 59 yaşlı kişi bıçaqlanaraq öldürülüb. Bu barədə rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, iyunun 15-də 1963-cü il təvəllüdlü Məsim Pirverdiyevin Gədəbəy rayonu ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1964-cü il təvəllüdlü Mahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Məsim Pirverdiyevə ürək nahiyəsindən bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi başlanıb. Mahir Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.