• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1301
— 15.06.2022 16:10

Növbəti səyyar qəbul keçirilib

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun vətəndaşlarla səyyar görüşü baş tutub. İcra başçısınını qəbuluna gələn şəhər sakinləri tərəfindən səsləndirilən müraciətlərdə işlə təminat, müalicə, fərdi yaşayış evinin təmiri, mənzil növbəliliyi, su və kanalizasiya xəttinin çəkilməsi, sərnişindaşıma nəqliyyat vasitələrinin hərəkət xəttinin uzadılması, küçələrdə işıqlandırma sisteminin quraşdırılması və digər məsələlər üstünlük təşkil edib. Niyazi Bayramov vətəndaşları dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər  yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.